Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.

Bu barədə “Report”a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Sabah saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

ƏvvəlkiBaş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair kollegiya iclası keçirilib
NövbətiKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir