Moskvada neft emalı zavoduna dron düşüb

Rusiyanın paytaxtı Moskvanın Kapotne rayonunda neft emalı zavodunun ərazisinə kvadrokopter düşüb, ondan bir qədər aralıda bibər qazı tapılıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Bir gün əvvəl Kapotnedəki Moskva Neft Emalı Zavodunun ərazisində hasardan 10 metr aralıda gövdəsində markası və şifrəsi qeyd olunan “Mavic-820677” kvadrokopter aşkar edilib, cihaz videokamera ilə təchiz edilib. Yoxlama zamanı kvadrokopter işlək vəziyyətdə olub”, – agentliyin həmsöhbəti bildirib.

ƏvvəlkiBiləsuvarda binada partlayış olub
NövbətiQüdsdə avtomobil piyadaların üzərinə sürülüb, yaralananlar var