MOİK təmsilçiləri Avropa çempionatında daha iki medal qazanıb

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz tarixdə ilk dəfə 6 medal qazanaraq, komanda hesabında 2-ci yerə layiq görülüblər.
Millimizin tərkibində çıxış edən Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri də yarışlarda inamla çıxış edərək biri qızıl, ikisi bürünc olmaqla 3 medal qazanıblar.

Avropa çempionatında 3-cü yer uğrunda mübarizə aparan yunan-Roma güləşçilərmiz Murad Bazarov (60kq) və Ülvi Qənizadə (72 kq) son görüşlərində qələbə qazanaraq hər ikisi yarışların bürünc medalına sahib olublar.

ƏvvəlkiAtəşkəs rejimi 20 dəfə pozulub
NövbətiYunus Əmrə Türk Mədəniyyət Mərkəzi Yaponiyada Azərbaycanla bağlı layihələri dəstəkləməyə hazırdır