Mirvarid Dilbazinin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

10 avqust 2022-ci il tarixində Nizami rayon MKS-nin Mərkəzi Kitabxanası və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə MKS-nin direktoru Sevil xanım Əliyeva açaraq qonaqları salamladı, Mirvarid Dilbazinin şərəfli ömür yolundan və zəngin yaradıcılığından danışdı. Bir dəqiqəlik sükutla şəhidlərimiz xatırlandı. Sonra sözü Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlıya verdi. O, məclisin fəaliyyəti barədə geniş məlumat verdi və gələcək planlarından danışdı.

Tədbirdə Bakı şəhəri Şəhriyar adına 193 saylı məktəbin tarix müəllimi Zenfira Həsənova, BDU-nun, Filologiya fakültəsinin “Dədə Qorqud” Elmi Tədqiqat labartoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, “Nur ocağı” Ədəbi Məclisinin sədri Sehran Süleymanlı və məclisin üzvü, şair Qulu Xaləddinoğlu, Mirvarid Dilbazi sevdalıları- Zərxara Həsənova, Musa Əliyev və Nizami rayon MKS-nin kollektivi iştirak etdilər.

Güllü xanım “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından latın əlifbasına çevrilərək nəşr edilmiş “Bənövşələr üstə göz yaşları” kitabını kitabxanaya hədiyyə etdi.

Tədbirin bədii hissəsində 281 saylı məktəbin 1-ci sinif şagirdi Şəlalə Muradlı və həmin məktəbin 4-cü sinif şagirdi Balahəsən Muradlı şairin şeirlərindən parçalar səsləndirdilər. Bakı şəhəri , Tahir Bağırov adına 59 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Rafiz Məmmədov sazıyla gözəl ifalarını təqdim etdi.

Tədbirin sonunda Mirvarid Dilbazinin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş sərgi önündə qonaqlarla xatirə şəkilləri çəkildi. Nizami MKS-nin saytlarında işıqlandırıldı.

Əvvəlki”Aztelekom” telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib
NövbətiHacı Əliyev: “Qələbəmi Prezident İlham Əliyevə həsr edirəm”