Minskdə Azərbaycan və Özbəkistan dəmir yolu rəhbərləri arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə, Azərbaycanla Özbəkistan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci
iclası çərçivəsində Azərbaycanla Özbəkistan Dəmir Yolları
arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid
Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə
Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. “
Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov
bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir
yolunun inkişafı sayəsində ölkəmiz iri tranzit və logistik mərkəzə
çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması
prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində
uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu
modernləşdirilir.
Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri
müzakirə olunub.
“Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə
Heyətinin sədri Xusnutdin Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun
əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan
fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin
artırılmasında maraqlıdır.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da
genişləndirilməsi qərara alınıb.