Millimiz EEVZA çempionatında gücünü sınayacaq

Dekabrın 2-6-da Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, turnirdə Azərbaycan millisi də gücünü sınayacaq. Baş məşqçi Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığmamız Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə birgə yarışacaq.

“Avro-2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.

ƏvvəlkiTokioda keçiriləcək Dünya Çempionatının tarixi dəyişdirilib
NövbətiAMB qısamüddətli notları hərraca çıxardı