Milli Məclisin iclasında Şuşanın işğal günü yad edilib

“Bugünkü iclas həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O xatırladıb ki, bu gün Şuşa şəhərinin işğal günüdür: “Biz əminik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.

İclasda Şuşa şəhərində şəhid olan şəxslərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra əslən Şuşadan olan gənc Əsra Məmmədli çıxış edib.

ƏvvəlkiXüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib
NövbətiSumqayıtda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var