Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli “ABŞ-da aralıq seçkilər: ABŞ demokratiyasına, Avropa İttifaqına və dünya siyasətinə təsirləri” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı konfrans çərçivəsində müxtəlif mövzularda keçiriləcək sessiyalara da qatılacaq.

Səfər noyabrın 17-də başa çatacaq.

ƏvvəlkiABŞ-da aviaşou zamanı iki təyyarənin toqquşması nəticəsində 6 nəfər ölüb
NövbətiAzərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb