Milli Məclis Türkiyə ilə Azərbaycan arasında xüsusi təyinatlılarla bağlı sənədi təsdiq etdi

Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsi bu gün müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Memorandum Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri zamanı onların ölkəyə giriş-çıxışın tənzimlənməsi və digər məsələləri özündə əks etdirir.

Deputatlar çıxış edərək Memorandumumun iki qardaş ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan verəcək.

Müzakirələrdən sonra Memorandum səsverməyə çıxarılaraq təsdiq edilib.

ƏvvəlkiYaponiyada karantin tam ləğv olunub
NövbətiBakıda arvadını öldürən hakim 10 il müddətinə azadlıqdan məhrum edilib