Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətində Qapalı Maraş şəhərində olublar

Azərbaycanın Milli Məclisinin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri çərçivəsində mayın 14-də Qazimaqus rayonunun Qapalı Maraş şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, BMT-nin tələbi ilə on illərdir ziyarət üçün qapalı olan şəhərə səfər zamanı Azərbaycan parlamentarilərini ŞKTC parlamentinin sədri Zorlu Töre müşayiət edib.

Qapalı Maraş şəhəri 46 il ərzində hərbi zona olub, yaşayış məntəqəsinə qəbul yalnız xüsusi icazə əsasında mümkün olub.

Qonaqlara, bir hissəsi 2020-ci ildə ŞKTC səlahiyyətlilərinin qərarı ilə turistlər üçün açılan şəhərin tarixi barədə məlumat verilib.

Xalq arasında “Ruhlar şəhəri” kimi adlandırılan yaşayış məntəqəsi bu gün ŞKTC sakinləri və qonaqları üçün tez-tez ziyarət olunan yerlərdən biridir.

Deputatlar 2021-ci ildə bərpadan sonra istifadəyə verilən tarixi Bilal Ağa məscidində olublar.

ƏvvəlkiPrezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
NövbətiBaş nazir Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb