MİDA-dan mənzil almaq istəyən vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərini sataraq dələduzluq və hakerlikdə təqsirli bilinən Mahir Rəsulovun məhkəməsi başlayır.

“Report” xəbər verir ki, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Məhkəmənin hazırlıq iclası yavarın 30-na təyin olunub.

Qeyd edək ki, iş üzrə 30 nəfərə yaxın zərərçəkmiş müəyyən olunub.

O, özünü İT şirkətinin rəhbəri kimi təqdim edib, vətəndaşları MİDA-nın tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb. Onun dostu Rəfael adlı şəxs də özünü vəzifəli şəxsin qohumu kimi təqdim edib, birlikdə təxminən 30 nəfərdən çox adamın 300 min manata qədər pulunu mənimsəyiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi açılıb.

ƏvvəlkiRespublika uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat başlayıb
NövbətiSəudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcək