Messi Pekin hava limanında saxlanıldı

Argentina millisi Avstraliya yığması ilə yoldaşlıq oyunu keçirəcəyi Pekinə uçub. Lionel Messi pasportunda problem olduğu üçün hava limanında saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

Mənbə xatırladır ki, Leonun həm Argentina, həm də İspaniya pasportu var.

Görünür, o, İspaniya pasportu ilə Çinə getməyə qərar verib. Lakin məlum olub ki, İspaniya vətəndaşlarının Çinə gəlişi üçün də viza tələb olunur.

Leo bir müddət sonra sürətləndirilmiş viza alıb və iyunun 15-də avstraliyalılara qarşı oynaya biləcək.

ƏvvəlkiKeçmiş məcburi köçkünlərin Füzuli və Ağdama qaytarılacağı vaxt açıqlanıb
NövbətiTəhsil İdarəsi: Xırdalanda 4-cü siniflərin buraxılış mərasimindəki videogörüntü araşdırılır