Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib.

“Report”un xəbərinə görə, bununla bağlı Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində etdiyi paylaşımda qeyd olunub:

“Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.

ƏvvəlkiBakı və Aşqabad svop qaz tədarükünün davamı ilə bağlı danışıqlar aparır
NövbətiPrezident İlham Əliyev Lüksemburqun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib