Maştağada istixanada narkotik bitkilər əkib-becərən saxlanıldı

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əliyusif Bağırzadə saxlanılıb.

Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 192 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən yaş halda çəkisi 45 kiloqram 535 qram olan 303 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əliyusif Bağırzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

ƏvvəlkiYouTube kanalı video hazırladı: SSRİ-də ilk elektrik qatarı Bakıda fəaliyyətə başlayıb
NövbətiAzərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalanıb