Malayziya Kralı Türkiyənin “Şərəf” ordeni ilə təltif olunub

Malayziyanın Kralı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah Türkiyə Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, ali mükafat dost ölkənin Kralına Ankarada Prezident Administrasiyasında dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub.

Qeyd edək ki, avqustun 21-dək davam edəcək səfər çərçivəsində Türkiyə-Malayziya münasibətlərin inkişaf dinamikasını xarakterizə edən proqramlar müzakirə olunacaq. Tərəflər “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılan münasibətləri inkişaf etdirməkdə maraqlıdır.

ƏvvəlkiMehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib
NövbətiMilli dəyərlərimizdən olan kəlağayı