Makron prezident seçkilərinin ikinci turunda qalib gəlib

Fransanın hazırkı prezidenti Emmanuel Makron, ilkin məlumatlara görə, prezident seçkilərinin ikinci turunda qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, o, 57,6% səs toplayıb. Onun rəqibi Marin Le Pen 42,4% səs qazanıb.

Yaxın vaxtlarda hər iki siyasətçinin səsvermənin nəticələri ilə bağlı açıqlamalar verəcəyi gözlənilir.