Məşhur Qara müəllim vəfat etdi

Azərbaycanın tanınmış alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiri Qara Mustafayev vəfat edib.

Kult.az xəbər verir ki, Qara Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışıb.

1992-ci ildən Onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiri olub. Elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və “Şöhrət Ordeni”nə layiq görülüb.

3 övladı, 7 nəvəsi var.

Qeyd edək ki, Qara müəllim “Təbiəti sevənlər” verilişinin uzun illər aparıcısı kimi çox tanınırdı.

ƏvvəlkiQara Mustafayev
NövbətiRoman Naudinş