Məhkəmə sənədləri vəkillərə “Elektron kabinet” vasitəsilə təqdim ediləcək

2024-cü il yanvarın 7-dən etibarən “Elektron məhkəmə” informasiya sistemində “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış Vəkillər Kollegiyasının üzvlərinə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) “Elektron kabinet” vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemində “Elektron kabinet”i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.

ƏvvəlkiQarabağ və Şərqi Zəngəzurda növbəti il 12 SES istismara veriləcək
NövbətiAQTA Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirir