Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloq barədə bəraət hökmü çıxarıb

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə səsləndirdiyi fikirlərə görə Xətai rayon məhkəməsi psixoloq Nərmin Şahmarzadəyə bəraət hökmü verib.

Türk.az-ın əldə etdiyi məlumata görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə psixoloq Nərmin Şahmarzadənin təqsiri sübuta yetirilməyib. Buna görə də Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində bəraət hökmü çıxarılıb.

Nərmin Şahmarzadə barədə məhkəməyə şikayət edən vəkil Ramil Rüstəmov və Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev qərardan narazı qalıb.

Araz Musayev qərardan narazı qaldıqları üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Əvvəlkiİlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
NövbətiQazaxda dəmir yolu stansiyasında 25 metrlik relsi kəsən 2 nəfər tutulub