Məktəb direktorlarına məktəbli forması tələb etməmələrinə dair tapşırıq verilib

2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib.

Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, son günlər forma almağa görə Bakı Tikiş Evinin, eyni zamanda müxtəlif mağazaların önündə izdihamlı vəziyyət yaranıb.