“Məişət zorakılığı və erkən nigah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihə fəaliyyətə başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Duyğu Sosial Reabilitasiya İctimai Birliyinin “Məişət zorakılığı və erkən nigah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihəsi 01 avqust 2019-cu il tarixdən fəaliyyətə başlamışdır. Layihə 01 avqust – 01 noyabr 2019-cu il (3 ay) müddətində həyata keçiriləcəkdir.
Layihə çərçivəsində müxtəlif qrupları (dövlət qurumları, QHT-lər, universitetlərin yuxarı kurs tələbələri, könüllülər və s.) əhatə edən sosial işçilər, hüquqşünaslar, ictimai fəallar, psixoloqlar qrupları formalaşdırılaraq təlimlər keçirilmişdir. Seminarlar təlimçi Elmir Valehli tərəfindən keçirilmişdir.
Hazırda layihənin ikinci mərhələsi üzrə nəzərdə tutulmuş işlər yekunlaşmış və üçüncü mərhələyə start verilmişdir.
Layihənin icrası zamanı ictimaiyyətin layihə barədə məlumatlandırılması, təlim qruplarının formalaşdırılması həyata keçirilmiş, müxtəlif qrupları (dövlət qurumları, QHT-lər, universitetlərin yuxarı kurs tələbələri, könüllülər və s.) əhatə edən sosial işçilər, hüquqşünaslar, ictimai fəallar, psixoloqlar qrupları ilə təlimlər təşkil olunmuşdur.
Formalaşmış qruplarla məişət zorakılığı və erkən nikahların qarşısının alınmasında qanunverici baz, məişət zorakılığı və erkən nikah qurbanlarına sosial işin təşkili, yardım növləri, mübarizə üsulları, ümumi anlayış, benefisiarlarla effektiv işin qurulmasında yerli və beynəlxalq təcrübə, sosial işçinin benefisiarlarla ünsiyyətdə fəaliyyətləri, benefisiarlara göstərilən xidmətlərin istiqamətləri və növləri, Əlilliyə tibbi və sosial yanaşma, məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə mexanizmləri, məişət zorakılığı və erkən nikahlara məruz qalmış şəxslərə sosial psixoloji dəstək yolları, benefisiarlarla effektiv nəticələrin alınması üçün qrup və tet-a-tet konsultasiyalar” mövzuları üzrə təlimlər keçirilmiş, qrupların prezentasiyası, teatr əsaslı səhnəciklər (Qrupda iş), səhnəciklərin prezentasiyası, mövzuları üzrə silsilə təlimlər keçirilmiş, qrup işləri, buzqıranlar təşkil olunmuş, layihə çərçivəsində hazırlanmış paylama materialları layihə iştirakçılarına təqdim olunmuşdur.
Təlimlər Bakı şəhərində həyata keçirilmişdir. Təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Layihənin üçüncü mərhələsi oktyabr ayında başlayacaqdır. Layihənin icrası zamanı məişət zorakılığına və erkən nikaha məruz qalmış 40-50 nəfərlə reabilitasiya aparılması, psixo-sosial dəstək, hüquqi yardım fəaliyyətləri həyata keçirilməsi, ailənin sosial problemlərinin həlli üçün zəruri xidmətlər göstərilməsi nəzərdə tutulur. Layihə Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarını əhatə edəcəkdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi tərəfindən dəstəklənən layihə bu ilin noyabr ayında başa çatacaqdır.
“Məişət zorakılığı və erkən nigah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihə  fəaliyyətə başladı“Məişət zorakılığı və erkən nigah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihə  fəaliyyətə başladı“Məişət zorakılığı və erkən nigah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihə  fəaliyyətə başladı