Əlillik əngəl deyil – LAYİHƏSİ – FOTO

Füzuli rayon 5 nömrəli tam orta məktəbinin müəlliməsi Nağıyeva Təranə İnqilab qızının “Əlillik əngəl deyil” layihəsinə bu ilin avqust ayının 01-indən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində dəstəklənərək həyata keçirilməyə başlayıb.
Hazırda layihənin hazırlıq mərhələsi yekunlaşmış və ikinci mərhələ reallaşdırılmaqdadır.
Layihənin icrası zamanı ictimaiyyətin layihə barədə məlumatlandırılması, təlim qruplarının formalaşdırılması, təlimlərin təşkili, müəllimlər, şagirdlər və valideynlərlə seminarların təşkili nəzərdə tutulub. Hazırda formalaşmış müəllim,şagird və valideyn qrupları üçün “İnklüziv təhsil və onun əhəmiyyəti, əlilliyə tibbi və sosial yanaşma, inkluziv təhsildə qiymətləndirmə, İnkluziv təhsildə reabilitasiya xidmətinin təşkili, İnkluziv təhsildə pedaqoq və psixoloqların rolu, İnkluziv təhsildə valideynlərlə işin təşkili” mövzuları üzrə silsilə təlimlər təşkil edilir.
Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların Füzuli rayon 5 nömrəli tam orta məktəbində təhsil almasına şərait yaradılması, cəmiyyətə inteqrasiyasını təmin etmək üçün pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində müəllim, valideyn və şagird qrupları ilə qeyd olunan mövzular üzrə məlumat xarakterli seminarların təşkili və s. fəaliyyətlər həyata keçirilir. Seminarlar təlimçi Rüfət Rəhimov tərəfindən keçirilir.
Layihənin uğurlu və effektiv nəticələnməsi üçün yerinə yetirilməsi nəzərdə tutulan vəzifələr aşağıdakılardır:
1. sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması;
2. sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması;
3. təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi;
Təlimlərin yekununda müəllim,şagird və valideyn qrupları həmçinin fokus qrupla sorğular keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-ci qrant müsabiqəsi tərəfindən dəstəklənən layihə bu ilin oktyabr ayında başa çatacaq.

Əlillik əngəl deyil - LAYİHƏSİ - FOTOƏlillik əngəl deyil - LAYİHƏSİ - FOTOƏlillik əngəl deyil - LAYİHƏSİ - FOTOƏlillik əngəl deyil - LAYİHƏSİ - FOTOƏlillik əngəl deyil - LAYİHƏSİ - FOTO

Əvvəlki“Məişət zorakılığı və erkən nigah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihə fəaliyyətə başladı
NövbətiErmənistan atəşkəs rejimini 22 dəfə pozub