Liviyada 4-cü Afrika-Türkiyə Sammitinə hazırlıq iclası keçirilib

Yanvarın 4-də Liviya Milli Birlik Hökumətində xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Tahir Baurun sədrliyi ilə 4-cü Afrika-Türkiyə Tərəfdaşlıq Sammitinin Təşkilat Komitəsinin ilk iclası keçirilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, iclasda sammitə hazırlıq işləri müzakirə edilib, sammitin Afrika-Türkiyə tərəfdaşlığında həlledici məqam kimi siyasi və diplomatik əhəmiyyəti vurğulanıb. Həmçinin, 2021-ci ildə İstanbulda keçirilmiş 3-cü sammitin nəticələri qiymətləndirilib.

ƏvvəlkiQazaxıstanda minalama ilə bağlı məlumatdan sonra ticarət mərkəzindən ziyarətçilər təxliyə edilib
NövbətiABŞ-ın Venesueladakı əməliyyatı zamanı 80 nəfər ölüb