Lisey və gimnaziyalara qəbul imtahanlarının vaxtı müəyyənləşib

2021-2022 tədris ili üçün lisey və gimnaziyalara qəbul imtahanı mərkəzləşdirilmiş qaydada 5, 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı təşkil olunan canlı yayımda Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev deyib.

O bildirib ki, iyunun 16-da 6-cı, iyunun 17-də 5-ci, iyunun 18-də 7-ci, iyunun 21-də isə 8 və 9-cu siniflərə qəbul imtahanı keçiriləcək.

Əvvəlki“Buta Airways” Alanyaya reysləri bərpa edir
NövbətiBu gün 15 minə yaxın bakalavr magistraturaya imtahan verəcək