Latviya Rusiya səfirinə ölkədən çıxmaq üçün vaxt qoydu

Latviya hakimiyyəti Rusiya səfiri Mixail Vanindən ölkəni tərk etməyi tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyanın səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir. Latviyanın Rusiyadakı səfiri də fevralın 24-dək Rusiyanı tərk edəcək”, – nazirliyin rəsmi məlumatında deyilir.