Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov qarşılayıblar.

ƏvvəlkiZəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub
NövbətiLatviya Parlamentinin sədri Şuşaya gəlib