Laçında ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirilir

Laçın şəhərindəki Konfrans Mərkəzində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda Laçın şəhəri, Zabux və Sus kəndləri ərazisində aparılan kompleks ekoloji monitorinqlər, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin ekspertizası sahəsində görülən işlər, Laçın rayonu ərazisində mövcud mineral xammal yataqlarının vəziyyəti, istifadə perspektivləri və digər məsələlər müzakirə edilir.

ƏvvəlkiÇində karxana çöküb, azı 57 nəfər itkin düşüb
NövbətiAzərbaycanda təbii sərvətlərin elektron atlası hazırlanacaq