Koronavirus barədə ilk xəbər verən həkim öldü

Çində koronavirusun yeni növü barədə ilk məlumat verən həkim Li Venliyan virusdan ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ixtisasca oftalmoloq olan 33 yaşlı həkim müalicə aldığı Uhan şəhərindəki Mərkəzi Xəstəxanada dünyasını dəyişib.

Li Venliyan ötən il dekabrın 30-da “Wechat” messencerindəki qruplardan birində həkim həmkarlarına Uhan Mərkəzi Xəstəxanasında 7 nəfərin SARS-a oxşar virusa yoluxduğu barədə məlumat yazıb. Xəbər dərhal internetdə yayılıb və böyük narahatlığa səbəb olub.

Növbəti gün Li və digər 7 həkim polisə çağırılıb və onlara yalan məlumat yaydıqlarına görə xəbərdarlıq edilib.

Yanvarın 11-də isə həkimdə koronavirusun ilkin əlamətləri olan öskürək və qızdırma müşahidə olunmağa başlayıb. Sonuncu paylaşımında o koronavirusa yoluxduğunu yazıb.

ƏvvəlkiPensiyaların artım məbləği açıqlandı
NövbətiAtəşkəs rejimi 23 dəfə pozulub