Kolumbiya iki rus diplomatı ölkədən çıxarıb

Kolumbiya səlahiyyətliləri kəşfiyyat fəaliyyətində şübhəli bilinən iki rus diplomatını ölkədən çıxarıblar.

“Report” xəbər verir ki, bu barədə yerli “Tiempo” qəzeti Kolumbiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, söhbət iki ildən artıqdır Kolumbiyada işləyən Aleksandr Paristov və Aleksandr Belousovdan gedir.

Mənbələrə görə, rusiyalı diplomatlar Kali şəhərində müəyyən şəxsləri ələ almaqda, mineral ehtiyatların istismarı və hərbi sahələrlə bağlı məxfi məlumatlara maraq göstərərək iqtisadi casusluqla məşğul olmaqda ittiham edilib.

Artıq hər iki diplomat Kolumbiyanı Boqota-Amsterdam-Moskva aviareysi ilə tərk ediblər.

ƏvvəlkiTehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
NövbətiCeyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri arasında görüş olub