Kiyevdə teleqüllə vurulub

Kiyev teleqülləsinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin feysbuk səhifəsində bildirilir.

İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.

ƏvvəlkiTÜRKPA Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
NövbətiXerson şəhəri ələ keçirilib