Kikboksçumuz III Avropa Oyunlarında qızıl medal qazanıb

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışda 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Damiano Tramontana ilə qarşılaşıb.

Full kontakt növündə mübarizə aparan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarını birinci pillədə başa vurub.

Azərbaycan qızıl medallarının sayını üçə çatdırıb. Bu gün yekun vurulacaq Oyunlarda Azərbaycan 10 medal qazanıb. Daha əvvəllər karateçilərimiz iki qızıl, bir bürünc, muaytay döyüşçülərimiz üç bürünc, taekvondoçularımız bir gümüş, bir bürünc, boksçularımız bir medala sahib olublar.

Bu gün, həmçinin Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) final görüşünə çıxacaq.

ƏvvəlkiBu gün Azərbaycanda Polis Günüdür
NövbətiPirşağıda çimərlikdə itkin düşən azyaşlı tapılıb