Keçən ay dəmir yolu ilə 198 milyon dollarlıq yük daşınıb

Fevralda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 465 min 797 ton yük daşınıb ki, bu yüklərin dəyəri 198,4 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 147 min 938 ton yükün dəyəri 43 milyon dollar təşkil edib.

Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 317 min 860 ton, dəyəri isə 155,4 milyon dollar olub.

Əvvəlki“Dərs vaxtı”nın 1 aprel cədvəli
NövbətiKarantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək