Karantin günlərində Gəncənin YAP fəallarından yaşıllıqların artırılmasına daha bir töhfə

Gəncə şəhərində koronavirus pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı, mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir. 

Hazırda ölkə üzrə xüsusi karantin rejimi ilə əlaqədar yaşıl güşələr qulluqdan kənarda qalıb. 

YAP Gəncə şəhər təşkilatının fəalları karantin günlərində də ekoloji tarazlığın bərpasına, ətraf mühitin təhlükəsizliyinin qorunmasına, həmçinin insanların sağlamlığının təmin edilməsinə öz töhfələrini əsirgəmirlər.

Belə ki, partiya fəalları yaşıl zolaqların qorunub, saxlaması məqsədi ilə Gəncə – Şəmkir magistral yolunun kənarında iməcilik aksiyası keçiriblər. Ərazidə səliqə-səhman yaradan partiya fəalları bir müddət əvvəl qurumuş ağacların yerinə yenilərini əkib, onlara zəruri aqrotexniki qulluq göstəriblər. 

Aksiya zamanı yaşıllıq zolaqlarındakı ağaclar suvarılıb, ərazi yabanı otlardan, məişət tullantılarından təmizlənib, qurumuş ağaclar və toplanmış tullantılar ərazidən çıxarılıb.

Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatının fəalları tərəfindən bu cür iməciliklər mütəmadi olaraq təşkil edilir. 

ƏvvəlkiCavid Qurbanovun getdiyi yol ulu öndərimizin yoludur – Azər Yadığaroğlu yazır
Növbəti“Dərs vaxtı”nın 6 may cədvəli dərc edilib