Kanada Ukraynaya 34,1 milyon dollarlıq əlavə hərbi yardım edəcək

Kanada hökuməti Ukraynaya 47 milyon Kanada dolları (34,1 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

Onun sözlərinə görə, yeni hərbi yardım paketinə artilleriya mərmiləri, qış avadanlıqları və dron kameraları daxildir.

O əlavə edib ki, Ottava Kiyevi hərtərəfli dəstəkləməyə davam edəcək.