Jurnalistlər Füzuli rayonu ərazisində minatəmizləmə prosesi ilə tanış olublar

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə mayın 8-də minalardan təmizlənən ərazilərə mediatur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.

Mətbuat nümayəndələri işğaldan azad edilən Füzuli rayonunun Qaraxanbəyli kəndində aparılan əməliyyat prosesini izləyib. Bildirilib ki, hazırda minatəmizləmə əməliyyatları əl ilə mexaniki təmizləmə və xüsusi təlim keçmiş itlər vasitəsi ilə aparılır.

ƏvvəlkiNazir Rəşad Nəbiyev “AzEuroTel” MMC-nin əməkdaşlarını mükafatlandırıb
NövbətiQeyri-hökumət təşkilatlarının sənəd dövriyyəsi həm kağız daşıyıcılarla həm də elektron qaydada aparılacaq