Josep Borrell ofisinin şüşələrini sındıran nümayişçiləri qınayıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətinin binasında şüşələri sındıran sanitar məhdudiyyətlərə qarşı dinc nümayişin iştirakçılarını kəskin şəkildə pisləyib.

“Report” xəbər verir ki, Borrell bununla bağlı bəyanatını tviterdə yayıb.

“Mən Brüsseldəki nümayişlərdə Xarici Xidmət binamıza qarşı həyata keçirilən mənasız dağıntıları və zorakılığı qətiyyətlə pisləyirəm”, – o yazıb.

Təşkilatçıların sözlərinə görə, bazar günü axşam saatlarında COVID-19 məhdudiyyətlərinə qarşı keçirilən etiraz aksiyası Brüsselin Avrokvartalında talanlarla başa çatıb.

ƏvvəlkiAzərbaycanda daha 1 697 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 22 min dozadan çox peyvənd vurulub