İyulun 9 və 10-u “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

Qurban bayramı ilə əlaqədar iyulun 9 və 10-da “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 11-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

İyulun 11, 12 və 13-də Bakı şəhərində yerləşən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində iş saat 17:00-da, regional mərkəzlərdə isə 16:00-da başa çatacaq.