İstehlaka yararsız müxtəlif növ qida məhsulu məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sun Food” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 19,67 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

ƏvvəlkiPakistan II Qlobal Demokratiya Sammitində iştirakdan imtina edib
NövbətiGüclü külək əsəcək, yağış və qar yağacaq