İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar var

İstanbulun Beyoğlu rayonunda baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya açıqlama verib.

İstanbulun mərkəzi hissəsi olan İstiqlal prospektində baş verən partlayışın səsi ətraf bölgələrdə də eşidilib.

Hadisə Taksim meydanı yaxınlığında baş verib.

Bölgədə təhlükəsizlik tədbirləri görülüb.

Partlayışın başvermə səbəbləri hələ bəlli deyil.