Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik

Milli Məclisin sədri Sahibə Qafarova İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı rəsmi tviter səhifəsində yazıb: “İstanbul şəhərində törədilmiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyirik”.

Əvvəlkiİstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar var
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı verib