İspaniyada iki gün ərzində 43 nəfər istidən ölüb

Qeydə alınan ekstremal istilər iyulun 10-u və 11-i İspaniyada 43 nəfərin ölümünə səbəb olub.

“Report” TASS-a istinadən xəbər verir ki, iyun ayında krallıqda isti ilə əlaqədar 829, iyul ayında isə 111 ölüm faktı qeydə alınıb.

İspaniyanın Dövlət Meteorologiya Agentliyi isti hava şəraiti səbəbindən ölkə regionlarının çoxunda sarı və narıncı təhlükə səviyyəsi elan edib. Bəzi bölgələrdə isə ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edilib. Temperatur şəraiti 45 dərəcəyə çatır.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva Vaqif Poeziya Günləri ilə bağlı paylaşımlar edib
NövbətiMikayıl Cabbarov: “2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub”