İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb

İŞİD qruplaşmasının terrorçuları Suriyanın Deyr əz-Zor vilayətində qaz boru kəmərində təxribat törədiblər.

Trend-in məlumatına görə, bu barədə SANA agentliyi xəbər verib.

Məlumata əsasən, boru kəmərinin partlaması nəticəsində iki yerdə alovlanma baş verib, xilasetmə qrupları və bir təmir qrupu təxribat yerinə cəlb olunub.

Əvvəlkiİnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
NövbətiŞəhid polkovnik-leytenant dəfn edildi