İranda çoxmərtəbəli bina çöküb, ölən və yaralananlar var

İranda 10 mərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında azı 80 nəfər qala bilər.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, son məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

ƏvvəlkiGüclü külək əsəcək, bəzi rayonlara dolu düşəcək
NövbətiSəhiyyə Nazirliyi “meymun çiçəyi” ilə bağlı açıqlama yayıb