İran təyyarə qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Tehranda qəzaya uğramış Ukrayna təyyarəsi yerə çarpılmadan öncə alovlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın mülki aviasiya təşkilatının hesabatında deyilir.

“Təyyarə havada alovlanıb. Şahidlərin sözlərinə görə, təyyarənin yandığı görünüb və füzelyajı boyunca yayılıb”, – sənəddə vurğulanır.

Mülki aviasiya təşkilatından bildirilib ki, təyyarənin uçuş yolu nasazlıq yarandıqdan sonra laynerin yenidən hava limanına tərəf döndüyünü göstərir. Eyni zamanda, pilotlar təyyarədə təcili vəziyyət barədə məlumat verməyiblər.

ƏvvəlkiAeroport istiqamətində hərəkət edən ekspress avtobusların dayanacaq məntəqələrinin sayı artırılıb
NövbətiBakıda bibisi oğlunu qətlə yetirən şəxs saxlanılıb