İran Prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

ƏvvəlkiXamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
NövbətiPrezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib