İnstaqram yazışmalara məhdudiyyət tətbiq edib

İnstaqram yazışmalara məhdudiyyət tətbiq edib.

Bu barədə “Report” “TechCrunch”a istinadən xəbər verir.

Belə ki, bir-birini izləməyən hesablar yalnız bir ismarış göndərə bilər.

Nəşrin məlumatına görə, daha çox ismarış göndərmək yalnız istifadəçi sorğunu qəbul etdikdə mümkün olacaq.

Bundan əlavə, istifadəçilər bir-birini izləməsələr, o zaman onlar yalnız mətn ismarışları göndərə biləcəklər.

ƏvvəlkiBəzi rayonlarda arabir yağış yağacağı ehtimal edilir
NövbətiFutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib