İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat verdilər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Əvvəlkiİmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib
Növbəti“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov