İki qatarın toqquşması nəticəsində ölənlərin sayı 15-ə çatıb

Misirin Boxeyra vilayətində sərnişin və yük qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Turk.az-ın məlumatına görə, bu barədə “Əl Cəzirə” telekanalı Misirin Səhiyyə nazirliyinə istinadən xəbər verib.

Qəza nəticəsində 40 nəfərin yaralandığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.