İki çimərlik mikrobioloji baxımdan təhlükəli elan edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 25 iyul-1avqust tarixlərində çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqi keçirilib, mikrobioloji təhlillər aparılıb.

Trend-in məlumatına görə, budəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirkli hesab olunub. İdarənin əməkdaşı Nərmin Babaşovanın sözlərinə görə, bundan başqa, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir.

Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.

ƏvvəlkiCəbhəboyu zonada yerləşən hərbi hissələrdə təlim-metodiki məşğələlər keçirilib
Növbətiİrəvan xanlığı ilə bağlı əsərlər ispan və ərəb dillərində də çap olundu