İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü

Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlu batıb.

Onun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib.

Unikal.org xəbər verir ki, faciəvi şəkildə suda boğularaq həyatını itirən 27 yaşlı gənc Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun bacısı oğludur.

Allah rəhmət eləsin! 

ƏvvəlkiKeniyalı dünya çempionu qəzada öldü
NövbətiQanunsuz telefonların ölkəyə gətirilməsinin qarşısı alındı